Nazir tıxaclarla bağlı tapşırıq verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, nazir V.Eyvazov 2022-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib.
Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2023-cü ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.
Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov hesabat dövrünün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Əməliyyat müşavirəsinə yekun vuran nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.
Ümumbəşəri bəlaya çevirilmiş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə diqqət çəkən nazir V.Eyvazov antinarkotik təbliğatın daha da gücləndirilməsi, bu məqsədlə təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, narkotiklərlə mübarizədə vətəndaşların da polisə dəstək olduğunu qeyd edərək onlara təşəkkürünü bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazir #tıxaclarla #bağlı #tapşırıq #verdi