fbpx

Nazirlər Kabinetindən AzTV ilə bağlı QƏRAR

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında qərar verib.

BEY.AZ xəbər verir ki, qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almaq və bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Nazirlər #Kabinetindən #AzTV #ilə #bağlı #QƏRAR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu