Nazirlərin Vaşinqton görüşü niyə təxirə salındı?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-də keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu təxirə salınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, – açıqlamada deyilir.
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, İrəvan bunu Bakının istədiyini iddia etsə də, onların açıqlaması ilə bağlı heç bir qeyd yoxdur.
“Səbəb konkret açıqlanmır, hərçənd, son proseslər fonunda müəyyən fikirlər irəli sürmək olar. Mayın əvvəlində keçirilən Vaşinqton görüşündə tərəflərin “Qarabağdakı erməni əhalisini hüquq və təhlükəsizliyinin təmin edilməsi” məsələsində fikir ayrılığı qeydə alındı: İrəvan “beynəlxalq mexanizm” və “Xankəndi-Bakı formatı” kimi istəyini davam etdirir, Bakı qəti şəkildə imtina edir. Bu görüşdən sonra qeydə alınan əsas məqam Əliyevin separatçılar üçün “amnistiya” təklifini irəli sürməsi, Vaşinqtonun bunu dəstəkləməsi oldu. Bunu diplomatik masada Bakının Qarabağ məsələsi üzrə irəliləyişi kimi qəbul edə bilərik, lakin praktiki nəticələri yoxdur. Hesab edirəm ki, praktiki nəticənin olmaması növbəti Vaşinqton görüşünün gündəliyinin də eyni olacağını deməyə əsas verir”.
Asif Nərimanı qeyd etdi ki, İrəvan Qarabağ iddiasını “beynəlxalq mexanizm” üzərindən davam etdirsə də, Bakı bundan imtina edəcəkdir.
“Mümkündür ki, Bakı “beynəlxalq mexanizm”, “Xankəndi-Bakı formatı” kimi məsələləri gündəlikdən çıxaracaq addımlar atmaq, daha sonra Vaşinqtonda müzakirələrə qatılmaq və ABŞ-ın dəstəkədiyi “amnistiya”nın yeganə seçim olduğunu daha güclü şəkildə irəli sürmək gedişi edə bilər. Bu kontekstdə Qarabağdakı separatçıların hərbi müstəvidə təxribat addımlarının intensivləşdiyinə dair informasiyaların artması, mümkün praktiki addımlara zəminin yaranması diqqət çəkir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazirlərin #Vaşinqton #görüşü #niyə #təxirə #salındı