fbpx

Nazirlik əhaliyə yenidən müraciət etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Novruz bayramı bir sıra özünəməxsus mərasimlərlə, o cümlədən bayram tonqalları və açılan bayram süfrələrində şamların yandırılması ilə xarakterizə olunur. Lakin təəssüflə bildirməliyik ki, bəzən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasızlıq sonda arzuolunmaz nəticələrə, ağır fəsadlarla gətirib çıxarır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar təşkil olunan mərasimlərdə zəruri yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını tövsiyə edir: “Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı və bayram süfrələrində yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Rüya tabirlerini burdan oku

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazirlik #əhaliyə #yenidən #müraciət #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu