Nazirlikdən zəlzələ ilə bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
FHN mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazirlikdən #zəlzələ #ilə #bağlı #AÇIQLAMA