fbpx

Nazirliyin yeni saytı yaradıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən yenilənmiş Elektron səhiyyə (e-sehiyye.az) saytı istifadəyə verilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, səhiyyə sahəsində informasiya texnologiyaların ölkədə tətbiqinin, bu sahədə dünyada olan yeniliklərin işıqlandırılması və əhaliyə təqdim olunan elektron xidmətlərin təqdim edilməsi məqsədilə 2008-ci ildən etibarən Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” internet portalı fəaliyyət göstərir. Hazırda “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi PHŞ” tərəfindən portalın yeni versiyası istifadəyə verilib.

Portalda nazirlik tərəfindən həyata keçirilən yeni layihələr, elektron xidmətlər və elektron səhiyyə standartları və təsnifatları barədə məlumatlar yerləşdirilib.

Rüya tabirlerini burdan oku

Vətəndaşların və tibb işçilərinin xidmətlərdən istifadəsi, özlərinə aid tibbi məlumatlarının bir mənbədən əldə edilməsi üçün şəxsi kabinet yaradılıb.

Kabinetə qeydiyyat və giriş “Asan login” sistemi ilə həyata keçirilir. Kabinetə vətəndaşların tibbi məlmuatları yaxın gələcəkdə bütün ölkə üzrə tibb müəssisələrindən daxil olan vahid rəqəmsal səhiyyə ekosistemindən cəmlənəcək. Həkimlər və orta tibb işçiləri kabinet vasitəsilə praktik tibb fəaliyyəti barədə məlumatları əldə edə, eləcə də kadr uçot vərəqəsini çap edə biləcəklər.

Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti səhiyyə sahəsinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Səhiyyənin bütün pillələrində informasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron xidmətlər təkmilləşdirilir, baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu