fbpx

Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, fevralın 25-nə olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində müşahidə olunan yağıntılar 25-i gecə saatlarından kəsilib.

Səhər saatlarına olan məlumata görə, qalan qar örütüyünün hündürlüyü Qaxda 88 sm, Şəkidə 29 sm, Qubada 20 sm, Ağdərədə 19 sm, Xaltanda 15 sm, Gədəbəydə 10 sm, Qəbələdə 9 sm, Oğuz, Qusarda 8 sm, Lerik, Qobustanda 3 sm, Yardımlıda 2 sm olub.

Rüya tabirlerini burdan oku

Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Şamaxı, Qrız, Salyan, Biləsuvar, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Cənub-qərb küləyi arabir Altıağacda 21 m/s, Naftalan, Tovuzda 18 m/s, Ağdam, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Naxçıvanda 7°-dək şaxta, dağlıq rayonlarda 9-15° şaxta, aran rayonlarında 2°-dək şaxta olub.

Məlumatda həmçinin qeyd edilib ki, fevralın 26-da və həftənin birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 15°-dək isti, aran rayonlarında və Naxçıvanda 14-19° isti, dağlıq rayonlarda 3-8° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Neft #Daşlarında #dalğanın #hündürlüyü #metrə #çatıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu