Neft Daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.
Dolu: Mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb.
Düşən yağışın miqdarı: Qobustanda 38.0 mm, Qəbələdə 28.0 mm, Oğuzda 27.0 mm, Şəkidə 25.0 mm, Sarıbaşda (Qax) 23.0 mm, Altıağacda 17.0 mm, Balakəndə 16.0 mm, Zaqatalada 14.0 mm, Astara, Lerik, Xaltanda 11.0 mm, Ağdərədə (Ordubad) 10.0 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8.0 mm, Şərurda 5.0 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4.0 mm, Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3.0 mm, Culfa, Daşkəsən, Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2.0 mm, Ağdam, Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Şabranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 3.0 mm, Pirallahı, Maştağa, Binədə 1.0 mm-dək olub.
Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam etmişdir. Mayın 9-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunmuşdur.
Külək: Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.