“Neftçi” baş məşqçisini istefaya göndərdi
“Neftçi” baş məşqçisi Miodraq Bojoviç ilə yolları ayırıb.
BEY.AZ xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Onunla olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib.
Klub Miodraq Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bojoviçin rəhbərliyi altında “Neftçi” mövsümü 5-ci yerdə başa vurub, kubokun finalına adlaya bilməyib. Nəticədə komanda avrokuboklardan kənarda qalıb.
Xatırladaq ki, 55 yaşlı montoneqrolu mütəxəssis 2023-cü ilin dekabrın sonlarında “Neftçi”nin baş məşqçisi təyin edilmişdi.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |