fbpx

“Neftçi” ilə oyuna ciddi hazırlaşırıq”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Təlim-məşq toplanışına yaxşı başladıq və ilk yoxlama oyununda böyükhesablı qələbə qazandıq. Amma əvvəlcə avrokubok matçlarını həll etməliyik”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Kiprin “Aris” klubunun futbolçusu Matiya Şpolyariç “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Serb əsilli kiprli hücumçu “ağ-qaralar”la matça ciddi hazırlaşdıqlarını bildirib: “Görməli olduğumuz işlər çoxdur. Əlimizdən gələni edirik. Bilirsiniz ki, yeni baş məşqçimiz var. Onun üslubuna uyğunlaşmaq üçün çox çalışmalıyıq. Oyuna hazır olmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, “Neftçi” “Aris”ə qarşı ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin