fbpx

“Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizəyə başlayır

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qəbələ” və “Neftçi” komandaları bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaqlar.

Metbuat.az xəbər verir ki, ikinci təsnifat mərhələsinin ilk oyununda “qırmızı-qaralar” evdə Kipr “Omoniya”sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.

“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından “Jelezniçar” olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

27 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Qəbələ şəhər stadionu

23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Yuri Frişer (Estoniya)

Sarayevo, “Qrbavitsa” stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Neftçi #və #Qəbələ #Konfrans #Liqasında #mübarizəyə #başlayır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin