fbpx

“Neftçi” yarımfinala vəsiqə qazandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Neftçi” komandası “Sabah”ı qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rüya tabirlerini burdan oku

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Matçın 41-ci dəqiqəsində Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə “Neftçi” rəqibinin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. Oyunun 61-ci dəqiqəsində kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado “Sabah”ın qapısından topu keçirib. Otuz bir yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

Görüşdə baş hakim Rəvan Həmzəzadə “Sabah”ın futbolçuları Aleksey İsayevi və Səlahət Ağayevi qırmızı vərəqə ilə cəzalandırıb. Hakimə etirazlardan sonra referi “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan uzaqlaşdırıb. “Neftçi”nin futbolçusu Eddi İsrafilova və baş məşqçisi Samir Abasova isə sarı vərəqə göstərilib.

İlk matç 1:1 hesabı ilə yekunlaşdığı üçün “Neftçi” yarımfinala yüksəlib.

Qeyd edək ki, dörddəbir finalın digər iki cavab oyunu fevralın 13-də olacaq. “Qəbələ” evdə “Sumqayıt“ı, “Səbail” isə “Zirə”ni qəbul edəcək. “Neftçi” yarımfinalda “Səbail” – “Zirə” görüşünün güclüsü ilə qarşılaşacaq.

Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə “Keşlə”ni 6:0 hesabı ilə məğlub edən “Qarabağ” olub. Ağdam komandası növbəti mərhələdə “Qəbələ” – “Sumqayıt” cütünün ən yaxşısı ilə görüşəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu