fbpx

Neftçilərin ölümünə görə vəzifəli şəxs məsuliyyətə cəlb edildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin iki əməkdaşının dənizə düşərək ölməsi ilə bağlı ibtidai istintaq tamamlanıb.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verer ki, idarənin vəzifəli şəxslərindən olan və tikintidə təhlükəsizliyə cavabdeh şəxs sayılan Mirzəyev Samir Zəhimağa oğlu məsuliyyətə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə ittiham verilib.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu ilin avqustun 24-də səhər saatlarında SOCAR-ın iki işçisi açıq dəniz sahəsinə suya yıxılıb. Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib. Belə ki, obyektdə tikinti quraşdırma işləri aparılarkən dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşərək vəfat ediblər.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Neftçilərin #ölümünə #görə #vəzifəli #şəxs #məsuliyyətə #cəlb #edildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin