fbpx

Neftin bahalaşması davam edəcək? – ŞƏRH

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Hazırda dünya bazarında həm neftin, həm də mavi yanacağın qiymətində artımlar müşahidə edilir. İranın İsrailə neft embarqosu tətbiq etmək çağırışından sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) təcili tədbirlərə ehtiyacı olmadığını bildirmişdi.

Bu barədə BEY.AZ-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, OPEC noyabr ayının əvvəlində bazarı yenidən monitorinq etdikdən sonra bu barədə dekabrda qərarını verəcək:

İlham Şabanov necə İlham Şaban oldu...

“OPEC-in ilin sonuna qədər olan qərarı bəllidir. OPEC sonuncu dəfə may ayında ilin sonuna qədər hasilatın azaldılması ilə bağlı qərarı verəndə neftin qiyməti 75-80 dollar dəhlizində idi. Ona görə də onlar bu qərarı ilin sonuna qədər saxladılar. Hətta avqust ayında sonunda Rusiyanın daxil olduğu 9 OPEC+ ölkəsi gələn ilin sonuna qədər neft hasilatını könüllü olaraq azaltmağa başlayıb. Konkret olaraq, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman və Qabon bu addımı atıb. Bildirilib ki, hasilatın ümumi azalması gündəlik 1,66 milyon barel təşkil edəcək. Müşahidələrimizə əsasən, neft il ərzində 80-85 dolları keçdi, daha sonra Yaxın Şərqdəki bu münaqişə başlayandan sonra neftin qiyməti 90 dolları ötdü”.

Ekspert vurğuladı ki, neftin qiymətini daha da artırmaq yönümündə addımlar atması OPEC ABŞ və Avropa arasında siyasi qarşıdurmaya, bir müddətdir həlim olmayan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Rüya tabirlerini burdan oku

İlham Şaban onu da qeyd etdi ki, ilin sonuna qədər neftin qiyməti hətta bu proseslər səngisə belə, 85 -90 dollar dəhlizindən aşağı enməyəcək.“Brent” markalı neftin qiyməti isə dördüncü rübdəki artımları nəzərə alaraq 87 dollara qədər yüksələ bilər.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Neftin #bahalaşması #davam #edəcək #ŞƏRH

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu