Niderland millisi dörddəbir finalda
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Niderland millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Metbuat.az xəbər verir ki, “Xəlifə” stadionunda Niderland millisi ABŞ yığması ilə qarşılaşıb. Matçın 10-cu dəqiqəsində niderlandlı futbolçu Memfis Depay hesabı açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Deyli Blind Niderland millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə ABŞ millisi daha fəal başlayıb. Matçın 76-cı dəqiqəsində ABŞ futbolçusu Hadji Rayt hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Denzel Dümfriz Niderland yığmasının üçüncü topunu rəqib qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Niderland millisi 3:1 hesablı qələbə qazanaraq çempionatın dörddəbir final mərhələsinə yüksəlib.
Bu gün pley-off mərhələsinin növbəti oyunu Argentina və Avstraliya yığmaları arasında oynanılacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.