fbpx

Niderlandlı deputatlar ermənilərin reinteqrasiyası ilə bağlı məlumatlandırılıblar

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev bu ölkənin parlamentarilərini Qarabağ ermənilərinin reinteqrasiyası planları barədə məlumatlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkəmizin Niderlanddakı səfirliyindən məlumat verilib.

Səfir parlamentin aşağı palatasının xarici əlaqələr komissiyasının rəhbərinə məktub göndərərək, 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərinin keçirilməsinin səbəblərindən danışıb. Onların nəticələri, görülmüş tədbirlər və Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi, Azərbaycan hökumətinin gələcək planları barədə məlumat verib.

“Komissiya rəhbərinə və onun üzvlərinə yazılı müraciət son günlər parlamentdə Ermənistan tərəfdarları və lobbiçilərinin hökumət başçısı və xarici işlər nazirinə müxtəlif sorğular göndərməklə fəaliyyətlərini xeyli aktivləşdirmələri ilə bağlıdır. Bu sorğularda regionumuzdakı vəziyyət təhrif olunur, təxribatçı suallar verilir”, – Azərbaycanın Niderlanddakı səfirliyindən bildiriblər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, parlamentin xarici əlaqələr komissiyasının katibliyi neçə aydır səfirliyə qarşı ayrı-seçkilik nümayiş etdirir. Azərbaycan tərəfinin deputatlarla görüş müraciətlərinə məhəl qoymamaq və parlamentin aşağı palatasının deputatlarına regionumuzdakı vəziyyət, eləcə də, ölkəmizin siyasəti ilə bağlı səfirliyin həftəlik press-relizlərinin yayılmasına mane olur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Niderlandlı #deputatlar #ermənilərin #reinteqrasiyası #ilə #bağlı #məlumatlandırılıblar

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin