Nigeriya yığması DÇ-2022-yə çıxa bilmədi: Qəzəbli azarkeşlər meydana daxil oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Nigeriya millisinin azarkeşləri komandanın Qana ilə 1:1 hesablı heç-heçə etdiyi dünya çempionatının seçmə oyunundan sonra iğtişaş törədiblər.
Metbuat.az xəbər verir ki, matçdan sonra meydana girən qəzəbli fanatlar qarşılarına çıxan hər şeyi dağıdıblar.
Zambiya Futbol Federasiyasının yaydığı məlumata görə, iğtişaşlar zamanı bir həkim ölüb. Federasiya həkimin ölümünün səbəbini öyrənmək üçün FIFA-nın hesabatını gözləyəcəyini bildirib.
Qeyd edək ki, komandalar arasındakı ilk görüş qolsuz bərabərliklə yekunlaşdığından, Qana səfər qolu üstünlüyünə görə mundiala vəsiqə qazanıb. Nigeriya seçməsi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatından kənarda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.