fbpx

NİİM-dən sürücülərə MÜRACİƏT

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yüksək sürətlə avtomobil idarə edən sürücülərə müraciət edib.

Metbuat.az xəbər verir ki, müraciətdə deyilir:

“Yüksək sürət, düzgün manevr etməmə. “Yol Hərəkəti Haqqında” qanunda əksini tapmasına baxmayaraq, bir çox hallarda əksər sürücülərin diqqətə almadığı bu qaydalar sonda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Halbuki dəfələrlə xəbərdarlıq edilməsinə və bu istiqamətdə maarifləndirici videolar paylaşılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan hadisələr baş verir.

Rüya tabirlerini burdan oku

Sürücülərə bir daha xatırladırıq edir ki, “Yol Hərəkəti Haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda diqqətli olmağı və yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#NİİMdən #sürücülərə #MÜRACİƏT

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu