Nisə Qasımovadan pis xəbər – İnsult keçirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xalq artisti Nisə Qasımova insult keçirib.
Metbuat.az Bakupost-a istinadən xəbər veirr ki, hadisə iki həftə əvvəl baş verib. İnsult nəticəsində sənətçinin dilinin tutulduğu deyilir.
Məlumata görə, hazırda ciddi müalicə altında olan Xalq artistinin səhhətində müəyyən irəliləyiş var.
Məsələ ilə bağlı açıqlama verən ifaçının köməkçisi Nailə Məmmədli onun səhhətinin normal olduğunu deyib: “Nisə xanımın instaqramdakı səhifəsində də axşam səhhəti ilə bağlı açıqlama veriləcək”.
Qeyd edək ki, Nisə Qasımova bir neçə il əvvəl bədxassəli şiş səbəbindən əməliyyat olunmuşdu. Eyni zamanda əməliyyatdan sonra yıxılan ifaçının ayaqları zədələnmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nisə #Qasımovadan #pis #xəbər #İnsult #keçirdi