fbpx

Nöqsanlar aşkarlanan spirtli içki sexi bağlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda spirtli içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, A.Hacıyev küç., ev 4 ünvanında fəaliyyət göstərən “Organic Green Line” QSC-yə məxsus spirtli içkilərin istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub.

Həmçinin “Organic Green Line” əmtəə nişanlı spirtli içkinin etiket məlumatlarının reseptura ilə uyğunluq təşkil etmədiyi müəyyən edilib.

Belə ki, resepturaya əsasən, istehsal prosesində sirop istifadə olunmadığı halda, etiket məlumatlarında məhsulun tərkibində təbii baldan hazırlanmış sirop olduğu göstərilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin