Noyabrın 1-dən mənzillərə istilik veriləcək?
Bir neçə gündür Azərbaycanda hava şəraiti kəskin dəyişib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağ, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havaların soyuması ilə əlaqədar istilik sistemlərinin vaxtından əvvəl qış rejiminə keçirilməsi ilə əlaqədar Metbuat.az “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb. Bildirildi ki, qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib:
“Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 303 N-li 5 sentyabr 2023-cü il tarixli İstilik Enerjisindən İstifadə Qaydaları təsdiq edilib ki, bu da müstəqil Azərbaycanda bu fəaliyyəti tənzimləyən ilk rəsmi sənəddir.
İstilik Enerjisindən İstifadə Qaydaları istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yarana biləcək bütün nüanslarıtənzimləmək üçün nəzərdə tutulur. Məhz həmin qaydalara əsasən, ölkə ərazisində rayonlar üzrə istilik mövsümünün başlaması və bitməsi müddəti müəyyən edilir. Belə ki, təsdiq edilmiş qaydalara əsasən, ölkənin dağ rayonlarında – Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlıda istilik mövsümü noyabrın 1-də başlayır və mayın 1-də başa çatır.
Bildirmək istərdik ki, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istiliklə istiliklə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İqtisadiyyat Nazirliyi və “Azəristiliktəchizat” ASC-ə Azərbaycan Respublikasının iqlim xüsusiyyətləri nəzərə alınmaqla istilik mövsümünün başlaması və bitməsi ilə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verib və hazırda qeyd olunan qurumlar tərəfindən işlər aparılır”.
Gülbəniz Hüseynli / Metbuat.az