fbpx

Nurlan İbrahimovla bağlı qərar yenidən təxirə salındı

BEY MEDIA İnformasiya agenti xəbər verir


İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını yenidən təxirə salıb.

Metbuat.az xəbər verir ki, bu barədə N.İbrahimov məlumat yayıb.

O qeyd edib ki, yanvarın 27-də açıqlanmalı olan qərar martın 27-nə qədər təxirə salınıb.

N.İbrahimov beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib.

Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin