fbpx

“O şəxslərin telefonuna cavab verməkdə çətinlik çəkirəm”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir”.

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib. Onun sözlərinə görə, ““Yaşat” Fonduna müraciət çoxdur, lakin kütləvi imtinalar edilir: “Bu da haqlı narazılıq yaradır. Səbəb “Yaşat” fondunda vəsaitlərin çox az olmasıdır.Amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. Təklif edirəm ki, Neft fondundan hər il birdəfəlik vəsait “Yaşat” fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, “Yaşat” fonduna vəsait köçürməkdə davam etsinlər”.

Deputat bildirib ki, belə şəxslərin iş yerləri ilə təminatında çox ciddi problemlər var: “Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var.

Rüya tabirlerini burdan oku

Normal ali və peşə təhsili yoxdur ki, iş bazarında axtarışa çıxsın, valideynləri varlı-hallı deyillər ki, övladlarının xərclərini ödəsin, tam da əlil deyillər ki, aylıq vəsait alsınlar. Onun üçün də həm biz, həm də aidiyyatı dövlət qurumu bu məsələni gözardına almasın. Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlara yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verməkdə çətinlik çəkirəm”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslərin #telefonuna #cavab #verməkdə #çətinlik #çəkirəm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu