fbpx

Ödənişli yoldan istifadə qaydaları AÇIQLANDI

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolu – Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissə birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolaqlıdır. Bu yolun 129 kilometrlik hissəsinin ödənişli olması nəzərdə tutulub.

BEY.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ödəniş tarifləri yeni müəyyənləşdiyi üçün, hazırda həmin tariflərin sistemə inteqrasiyası həyata keçirilir. Proqram təminatı tam yekunlaşdıqdan sonra test ediləcək. Ondan sonra isə yol istifadəyə veriləcək.

“Sürücülər ödəniş məntəqəsinə yaxınlaşaraq xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə ödəniş edə biləcəklər. Həmin kartları ödəniş məntəqələrinin giriş-çıxış hissələrindən, yaxın gələcəkdə isə şəhər və rayonlarımızın müxtəlif nöqtələrində satış məntəqələrindən əldə etmək mümkün olacaq. Yolda iki cür hərəkət zolağı var. Bunlardan biri sürətli, digəri isə adi keçiddir. Yəni sürücü adi zolaqda ödəniş məntəqəsinə yaxınlaşaraq kart əldə edə bilər.

Kartlara balans yüklənir və onun qət etdiyi məsafəyə uyğun gedişhaqqı çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş və balans yüklənmiş kartlar avtomobilin ön şüşəsinə yapışdırılır. Artıq o, məntəqəyə yaxınlaşdıqda, buradakı xüsusi keçidlərdə sistem onu tanıyır və heç bir maneə olmadan sürücü eyni sürətlə yoluna davam edə biləcək”, – deyə Anar Nəcəfli əlavə edib.

Rüya tabirlerini burdan oku

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yol üzərində 4 məntəqə fəaliyyət göstərir – Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri. Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür.

O, həmçinin vurğulayıb ki, yeni yol mövcud yoldan 13 kilometr qısadır. Bu yolla tranzit və daxili yüklərin daha tez və asan daşınması təmin olunacaq. “Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq”, – A.Nəcəfli deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ödənişli #yoldan #istifadə #qaydaları #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu