fbpx

Ödənişli parklanmadan gələn gəlir hara gedəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitlərin istifadə istiqamətləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, Daxili İşlər Nazirliyi və Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:

Rüya tabirlerini burdan oku

parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);

parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;

parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;

parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;

nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;

yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;

parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;

işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.

Həmçinin qaydaya əsasən Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir.

Nazirliyə daxil olan vəsaitin 50 faizədək, Agentliyə daxil olan vəsaitin isə 30 faizədək hissəsindən işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə istifadə olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ödənişli #parklanmadan #gələn #gəlir #hara #gedəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu