Ofeliya Sənanin vəziyyəti pisləşdi
Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
BEY.AZ axsam.az-a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağrılıb və o, xəstəxanaya aparılıb.
O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.
83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.
Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, saytımıza açıqlamasında infarkt keçirtdiyini demişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |