fbpx

Oğlu Emin və gəlinin Ukraynada öldüyünü eşidən ana VƏFAT ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində daha bir azərbaycanlı ailənin üzvləri həlak olub.

Metbuat.az-ın məlumatına görə, Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır.


Mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudova oğlu barədə məlumat alandan sonra halı pisləşib və bir neçə saat sonra o da dünyasını dəyişib.


Qeyd edək ki, Emin Mahmudovun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub.

Fotoda: Emin Mahmudov və Lyudmila Mahmudova

No description available.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin