fbpx

Oğlunun ad günündə keçmiş əri ilə yatdı, sevgilisi xəbər tutdu və… – Qaradağdakı qətlin detalları

Rüya Yorumları burda

Keçmiş əri ilə cinsi əlaqədə olduğu üçün sevgilisini 17 bıçaq zərbəsi ilə qətlə yetirən 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə cəzalandırılıb.

Bey.az Sfera.aza istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 7-də Qaradağ rayonu ərazisində baş verib.

Belə ki, Asəf 2018-ci ildən qeyri-rəsmi münasibətdə yaşadığı 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın sol sinə nahiyyəsində olan qançır izini görüb və həmin izin necə yarandığını soruşub. Qənəət isə cavabında oğlunun ad günündə keçmiş əri ilə görüşdüyünü və qançırın onunla cinsi əlaqədən sonra yarandığını etiraf edib.

Sevgilinin cavabından qəzəblənən Asəf 17 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Nəzrin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu