fbpx

Oktyabrın 2-də 70 min ev qazsız qalacaq

Rüya Yorumları burda


Sabah Sumqayıtda 69 500 abonentin qaz təchizatı məhdudlaşdırılacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qazın verilişin dayandırılmasına səbəb Sumqayıt şəhərinin Qurddərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərinin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə bağlıdır.

Həmçinin Saray körpüsü ətrafında yeni çəkilmiş PE250mm-lik (Şəhər-4) yeraltı polietilen orta təzyiqli və Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində pilot layihəyə əsasən yeni çəkilmiş PE160mm-lik (Şəhər-1) yeraltı polietilen orta təzyiqli qaz xətlərinin mənbəyə qoşulmasıdır.

Bununla əlaqədar olaraq oktyabrın 2-də saat 09:30-dan işlər tamamlanana qədər, qaz xəttinə verilən təbii qaz təchizatının daxildən dayandırılması zamanı, uyğun olaraq Sumqayıt şəhəri Təzə, Köhnə Corat, Novruz qəsəbələri, Saray, Qurddərəsi, Novxanı bağları, 11 (1 hissə), 12 (1 hissə), 13, 17, 18 (1 hissə), 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 51, 52, 53-cü məhəllələrdə yaşayan abonentlərin (36 min abonent) və Sumqayıt şəhəri 1, 2, 3, 4, 5, 7-8-12, 15, 16, 17, 18, 20, 21, 29, 30, 34, 36, 45-ci məhəllələr və 1, 2, 5, 6-ci mikrorayonlarda yaşayan abonentlərin (33 500 abonent) məhdudiyyətlərin yaranacaq.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu