fbpx

“Ola bilər ki, Arayik Arutyunyan həbs olunsun” – Zöhrabyan

Rüya Yorumları burda

“Ola bilər ki, Arayik Arutyunyan həbs olunsun”.

BEY.AZ xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan facebook səhifəsində yazıb.

Zöhrabyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyana və erməni quldur dəstələrinin Qarabağdakı keçmiş komandanı Cəlal Arutyunyana həbslərinə hazırlaşmağı tövsiyə edib. O hesab edir ki, erməni separatçılarının lideri Arayik Arutyunyan da həbs oluna bilər.

“Əlbəttə, Paşinyanın arxasında gizlənən Onik Qasparyan, Cəlal Arutyunyan və başqaları Qarabağın 75%-nin xəyanətkarcasına təslim olmasına görə cavab verəcəklər. Mikael Arzumanyandan əvvəl, ilk növbədə, Cəlal Arutyunyan, Onik Qasparyan və şərəfini Nikola ucuz qiymətə satan qalan zabitlər həbs edilməli idi.

Güman edə bilərəm ki, Mikael Arzumanyan bugünkü Brüssel görüşü ərəfəsində prezident İlham Əliyevə “hədiyyə” kimi həbs edilib.

Rüya tabirlerini burdan oku

Oniklərə, Cəlallara və digər ləyaqətsiz zabitlərə elə gəlirsə ki, Nikolun arxasında gizlənərək özlərini sığortalayırlar və başqa bir günah keçisi olmayacaqlar, deməli, dərin yanılırlar.

Nikol hamınızı bir-bir həbs edəcək və düz edəcək. Çünki sadə bir məntiq var: bir nömrəli günahkarı və təslim olanı həbs etməsəniz, cəsarətiniz çatmadığı üçün o da öz növbəsində məğlubiyyət “cibinizə” soxacaq və yerə uzadaraq qandal taxacaq.

İstisna etmirəm ki, yaxın vaxtlarda belə şou vasitəsilə Qarabağın “prezidenti” Arayik Arutyunyan da həbs olunacaq”, – deyə Zöhrabyan yazıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu