fbpx

Öldürülən müğənninin anası Əli Mirəliyevə: “Onu bağışlamıram”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Müğənni Əli Mirəliyev ötən gün qətlə yetirilən həmkarı Yaqut Nəriman (Həşimova) haqqında bəzi fikirlər səsləndirib.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bizimləsən” verilişinin efirinə zəng vuran Ə.Mirəliyev mərhum Y.Nərimanın həyat tərzi ilə bağlı xoşagəlməz fikirlərini dilə gətirib. Ə.Mirəliyev müğənninin dəfələrlə içkili halda ona zəng etdiyini iddia edib.

Əli Mirəliyevin ötən gün verdiyi bu açıqlaması studiyada, eləcə də cəmiyyətdə birmənalı qarşılanmayıb. Verilişdə ekspert qismində iştirak edənlər onun bu söhbətini yersiz adlandıraraq ifaçını tənqid ediblər. Həmçinin sosial şəbəkələrdə Ə.Mirəliyevin danışıq tərzi və fikirləri ilə bağlı tənqidi rəylər yazılıb.

Bu gün Əli Mirəliyev başqa verilişin efirinə qoşularaq Yaqut Nərimanın anasından üzr istəyib. O əsəbi olduğunu, düşünmədən xoş olmayan ifadələr işlətdiyini desə də, Yaqut Nərimanın anası Əli Mirəliyevi bağışlamadığını, üstəlik, Əli Mirəliyevin Yaquta pul borclu olduğunu bildirib.

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb, hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Rüya tabirlerini burdan oku

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Öldürülən #müğənninin #anası #Əli #Mirəliyevə #Onu #bağışlamıram

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu