fbpx

Öldürülən tələbə bu tarixdən dərslərə getməyib

Rüya Yorumları burda

Xəbər verdiyimiz kimi, 70 gün öncə itkin düşən Cəlilabad rayonu, Muğan kənd sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi Könül Ramin qızı Ağayevanın Lənkəranda evin zirzəmisində meyiti aşkar edilib. Məlum olub ki, Könül amansızcasına qətlə yetirilərək basdırılıb.

Könül Ağayevanın oxuduğu Pedaqoji Universitetinin Cəlilabad filialından BEY.AZ-a bildirilib ki, tələbə 16 fevraldan dərslərə gəlməyib və onunla əlaqə saxlamaq mümkün olmayıb:

“Tələbə yanvarda imtahanlarda iştirak edib. Lakin imtahanlardan sonra – ikinci semestrdə dərsə gəlməyib artıq. 4 dənə kəsri var idi, alt qrupda oturmalı idi. İkinci semestr başlayandan – 16 fevraldan bu tələbə ilə əlaqə saxlaya bimədik. Dərslərdə də qaib yazılırdı”.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı Könül Ağayevanın işləmək məqsədilə Lənkərana gəlməsi, bu ilin martın 2-dən itkin düşdüyü bildirilib. Hazırda Lənkəran rayon Prokurorluğu hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Rüya tabirlerini burdan oku

Cavidan Mirzəzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu