fbpx

Öldürülərək quyuya atılan 4 yaşlı Məryəmin FOTOSU YAYILDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yanvarın 31-də Bakıda öldürülərək quyuya atılan 4 yaşlı qızın fotosu yayılıb.

Metbuat.az xəbər verir ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Meyiti quyudan tapılan 4 yaşlı Məryəmin ölüm səbəbi məlum oldu

Rüya tabirlerini burdan oku

4 yaşlı Məryəm

Hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub:

“Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.

Taleh Allahyarov

Taleh bildirib ki, o qızının qonşusunun həyətindəki quyuda basdırıldığından şübhələnib:

“Həmin quyunun içindən daşları mən özüm çıxarmışdım. Daha sonra gördüm ki, təzədən içinə atılıb. Onda bildim ki, o quyuda nəsə var”.

Cinayəti törətməkdə təqsirli bilinən Mehman Mansurov da hadisə yerinə gətirilib. O hadisəni törətdiyi yeri və 4 yaşlı qızın meyitini atdığı quyunu göstərərək əməlini etiraf edib.

Mehman Mansurov





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu