fbpx

Olimpiada bitdi, Kreml Ukrayna ilə bağlı “planını” reallaşdırmaqda sərbəstdir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Olimpiada başa çatdı. Kreml Pekinin xahişini yerinə yetirdi, 3-20 fevral tarixlərində Ukraynaya hərbi müdaxilə etmədi. Kreml bundan sonra Ukrayna ilə bağlı “planını” reallaşdırmaqda sərbəstdir. Ancaq Rusiyanın rəqibləri kimi tərəfdaşları da müharibə istəmir. Misal üçün Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin nə qədər Rusiyanın yanında yer aldığını vurğulasa da, slavyan xalqları arasında qırğınla müşahidə olunan toqquşma istəmir. Eləcə də Rusiyadan fərqli olaraq iqtisadi səmərəyə və ticarətə üstünlük verən Çin müharibənin əleyhinədir. Ancaq nə Minsk, nə də Pekin Kremlin planlarına mane olmaq iqtidarındadırlar”.

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna ətrafında baş verən prosesləri şərh edərkən deyib.

Rüya tabirlerini burdan oku

Onun sözlərinə görə, Rusiya Ukraynanı işğal etmək üçün hazırlıqları tamamlamaq üzrədir:

“Bu arada, ABŞ və Fransa Kremlin müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar. Fransa prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi və sabitliyi mövzusunda Rusiya ilə ABŞ arasında sammit keçirməyi təklif edib. ABŞ və Rusiya prezidentləri sammit təklifini qəbul ediblər. ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin fevralın 24-də görüşəcəklər. Bu o deməkdir ki, fevralın 24-ə qədər müharibə ehtimalı azalacaq. Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə liderlərin görüşü təxirə salınacaq.

Politoloq qeyd etdi ki, görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır.

“Donbass separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir. Kremlin ikinci təxribatı Donbassın yaşlı əhalisini və uşaqları bölgədən Rusiyaya köçürməyə başlamasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbassa hücuma hazırlaşır. Halbuki, Kiyev Kremlə bəhanə vermək istəmir. Donbassın özündə də müəammalı partlayışlar baş verir. Krımdakı separatçılar əli silahlı Donbasda yerləşməyə başlayıblar. Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir. Paris və Vaşinqton bu prosesi dayandıra biləcəklərmi? Çətin”.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu