fbpx

“Olimpiakos”un direktoru Tofiq Bəhramovdan yazdı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının Almaniya-İngiltərə final oyununda adını tarixə yazdırıb”.

Metbuat.az xəbər verir ki, bunu Yunanıstan “Olimpiakos”unun korporativ sosial məsələlər üzrə direktoru Nikos Qavalas yazıb. O, Tofiq Bəhramov adına Respublika Stadionundan foto paylaşaraq azərbaycanlı hakim haqqında məlumatlar paylaşıb.

“Abşeron yarımadasının cənub sahilində, Avropanın ən şərq paytaxtında, küləklər şəhəri Bakıda “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına stadion var. Bəs Bəhramov kim idi ki, bütöv bir stadion onun şərəfinə adlandırılıb?

Tofiq Bəhramov 1966-cı ildə dünya çempionatının Almaniya-İngiltərə final oyununda adını tarixə yazdırıb. Final oyununda ingiltərəli futbolçu Cefri Hertsinin mübahisəli qolunu qeydə alan Bəhramovun bu qərarının doğruluğu videogörüntülər sayəsində məlum olub. İndi isə Azərbaycanın əsas futbol arenası Tofiq Bəhramovun adını daşıyır. 2004-cü ildə isə dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb” – o, qeyd edib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin