fbpx

“Olimpik Marsel”in azarkeşi xəstəxanalıq oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


“Olimpik Marsel” gənc azarkeşinə amansız hücumu qınayan açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, hadisə 18 yaşlılar arasında keçirilən “Kambardella Kuboku”nda baş tutan “Kanet” – “Olimpik Lyon” görüşündən sonra yaşanıb.

Matçı “Olimpik Marsel” forması ilə izləyən 17 yaşlı gənc azarkeş lionlu fanatların hücumuna məruz qalıb, yerdə yatarkən şəxsi əşyaları oğurlanıb.

“Olimpik Marsel”in komunikasiya direktoru Jak Kardoza bu barədə “Twitter”də paylaşım edib:

“Kanet” klubu təsdiqləyir ki, bir azyaşlı “Olimpik Marsel” forması geyindiyi üçün bir neçə “Olimpik Lion” tərəfdarı tərəfindən döyülüb. Mən bu xəbərdən çox sarsıldım və bu gecə xəstəxanaya yerləşdirilən gənc uşağa tam dəstəyimizi ifadə edirəm”.

Qeyd edək ki, “Olimpik Marsel” “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin