fbpx

Ölkədə kişilər elmi işdən niyə uzaqlaşır?



“Azərbaycanda həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə dissertasiya işi götürənlərin içərsində qadınlar üstünlük təşkil edir. 2023-cü ildə fəlsəfə doktoru proqramı üzrə təhkim edilən 262 dissertantdan 73,7 faizi qadınlar olub”.

BEY.AZ xəbər verir ki, bunu iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, elmlər doktoru proqramı üzrə təhkim olunmuş 185 dissertantın 100 nəfəri qadındır.

“Qadınların elmi fəaliyyətdə aktiv iştirakı müsbət haldır və bu birmənalı şəkildə dəstəklənməlidir. Bununla yanaşı, kişilərin elmi fəaliyyətə marağının azalması səbəblərinin də araşdırılmasına ehtiyac var.

Təhlillər göstərir ki, kişilərin elmi fəaliyyətə marağının azalmasının iqtisadi səbəbləri də az deyil. Belə ki, elm və təhsil qurumlarında əmək haqqının yüksək olmaması kişilərin bu sahəyə marağına təsir göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda təhsil sektorunda orta aylıq əmək haqqı 700 manatdan bir az çox olub. Bu ölkə üzrə 934 manatlıq orta aylıq əmək haqqından da az maaşdır. Göründüyü kimi, təhsil sferasında maaşların yüksək olmaması kişilərin elmi marağına təsirsiz ötüşmür”.

Millət vəkili qeyd edib ki, ötən il dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub.

Məlumat üçün bildirək ki, ölkədə bütövlükdə 116 ali təhsil müəssisəsi və elmi təşkilatda 3170 doktorant fəaliyyət göstərir və onlarında 52,1 faizi qadındır.

Gülbəniz Hüseynli / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin