fbpx

​“Ölkəmizə qarşı revanşist iddiada olanların aqibəti pis olacaq”

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda üçrəngli bayrağımızı ucaltdı. Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə, əbədi olaraq qələbə tarixini yazdı”.

Bu fikirləri BEY.AZ-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Prezident İlham Əliyevin 20 il bundan əvvəl – 15 oktyabr 2003-cü il tarixdə ilk dəfə prezident seçilərkən etdiyi açıqlamanı xatırladan Cavid Osmanov vurğuladı ki, bu tarixi hadisələrin ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü və İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümündə baş verməsi xüsusi anlam daşıyır:

“Vaxtilə lu öndərimiz müstəqilliyimizin əldən getməsinin, ölkəmizin parçalanmasının qarşısını alaraq xilaskarlıq missiyasını yerinə yetirdi. Hazırda cənab İlham Əliyev Azərbaycanın torpaqlarının işğaldan azad edilməsini təmin edərək, suverenliyimizi Azərbaycanın hər yerində bərqərar etdi. İndi Azərbaycan tarixinin ən parlaq günlərini yaşayır. Müzəffər Prezident cənab İlham Əliyevin düzgün qurduğu strategiya nəticəsində bütün sahələrdə ölkəmiz inkişaf etməkdədir.

İlham Əliyev Xankəndidə Azərbaycan xalqına müraciət edərkən olduqca mühüm bir sıra mesajlar verdi. Ali baş komandan vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəni təkcə Ermənistan üzərində deyil, onun havadarları erməni lobbisinin üzərində də qazandı. Azərbaycan hər zaman sülhün, əmin-amanlığın təmin olunmasını istəyib. Bu gün də ölkəmiz regionda sülh olması üçün əlindən gələni əsirgəmir”.

Millət vəkili qeyd etdi ki, ölkəmizə qarşı bundan sonra hər hansı bir qüvvə revanşist iddiada olarsa, onların aqibəti daha acınacaqlı olacaqdır:

“Azərbaycan güclü orduya, qüdrətli dövlət quruluşuna malik ölkədir. Bundan sonrakı mərhələdə ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha güclü, daha qüdrətli olmaq naminə inamla qarşıya qoyulan bütün hədəflərə çatacaqdır”.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ölkəmizə #qarşı #revanşist #iddiada #olanların #aqibəti #pis #olacaq

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin