fbpx

Ölkə üzrə alınan elektrik enerjisinin həcmi açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-iyun aylarında “Azərişıq” ASC tərəfindən ölkə üzrə 10 milyard 095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

O bildirib ki, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır.

R.Quliyev qeyd edib ki, avqust ayında 2 milyard 090 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur: “Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib”.

Qurum rəsmisi bildirib ki, bu ilin sonuna “Azərişıq” ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq: “Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşıdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ölkə #üzrə #alınan #elektrik #enerjisinin #həcmi #açıqlandı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin