fbpx

Ölkədə maaşlar nə vaxt artacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Hesablamalara görə ölkədə 12 faizlik inflyasiya müşahidə olunur. Güman edirəm ki, ilin əvvəlində hökumət yenidən minimum əməkhaqqını artıra bilər. Nəticədə, ümumi orta aylıq əməkhaqlarının məbləği də yüksələcək”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Müsahibimiz bildirdi ki, yeni ilin əvvəlində pensiyaçılara verilən təqaüdlər də artacaq:

“2024-cü ilin əvvəlində pensiyaların sosial sığorta hissəsinin indeksasiya olunması nəticəsində bütün pensiyaçıların pensiyası arta bilər. Azərbaycanda pensiyaların artımı əsasən orta aylıq əməkhaqqının il ərzində artım faizi əsasında hesablanır. Hazırda bu rəqəm 11.5 faiz arasında tərəddüd edir. Yəni, 11-12 faiz indeksasiya tətbiq ediləcək.

Rüya tabirlerini burdan oku

Pensiyaların artmasında qanunvericilik tələbi var. Amma minimum əmək haqqının artırılması üçün qanun tələbi yoxdur. Yəni mütləq şəkildə ilin əvvəlində əməkhaqlarını artırmaqla bağlı qərar verəcək deyə bir qayda yoxdur. Amma əvvəlki illərə baxanda güman etmək olur ki, hökumət minimum əməkhaqlarını da artıracaq”.

İnflyasiyaya uyğun olaraq artımların 15 faiz civarında ola biləcəyini proqnoz edən ekspert qeyd etdi ki, minimum əməkhaqqı da aşağıdan başlayaraq digər əməkhaqqlarına təsir edir.

“Xüsusən dövlət sektorunda işləyənlərin məvaciblərində dəyişiklik baş verir. Qərar verilərsə, özəl sektorda da minimum əmək haqqının artırılması ondan aşağı əmək haqqının təyin edilməməsinə səbəb olur”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ölkədə #maaşlar #nə #vaxt #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu