fbpx

Ölkədən qaçan Səfər İmanov AXTARIŞA VERİLDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.

Qeyd edək ki, S.İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.

Həmin il yayılan iddialara görə, E.Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.

S.İmanov E.Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin