Ölmək üçün ƏN YAXŞI ölkələr müəyyən edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Sinqapurdakı “Duke-NUS Tibb Məktəbi”nin professoru “Eric Finkelstein” komandasının araşdırması bir çox ölkələrin öz vətəndaşlarına ölüm üçün yaxşı şərait təklif etmədiyini ortaya qoyub.
Metbuat.az xəbər verir ki, bu müayinə nəticəsində 13 faktor müəyyən edilib. Nəticələrə görə, Böyük Britaniya 93,1 balla ölməyə ən uyğun ölkə kimi siyahıda 1-ci yerdə qərarlaşıb.
Böyük Britaniyanı müvafiq olaraq İrlandiya, Tayvan, Avstraliya, Cənubi Koreya və Kosta-Rika izləyib. Bu ölkələr 90 və yuxarı bal toplayıblar. Ölmək üçün ən şəraitsiz ölkələr arasında Paraqvay, Livan, Braziliya, Seneqal və Haiti var.
Qeyd edək ki, araşdırmalar ağrı və narahatlığın aradan götürülməsi, təmizlik və təhlükəsiz yer, həyat şəraitini uzadan müalicələr, emosional mübarizə, tercih edilən ölüm yeri, xərclər, ruhani ehtiyaclar kimi amillər nəzərə alınmaqla aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.