fbpx

Ombudsman Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonu qəbul edib.

Ombudsman Aparatından Metbuat.az-a bildirilib ki, görüş zamanı Ombudsman fəaliyyət istiqamətləri, o cümlədən gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən işlər barəsində qonağa geniş məlumat verib. Vurğulanıb ki, həm 2022-ci il, həm də əvvəlki illər üzrə məruzələrində Ombudsman qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının səmərəli təmini istiqamətində çoxsaylı təkliflər irəli sürmüşdür.

S. Əliyeva qeyd edib ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, saxlanma şəraiti və onlarla rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq başçəkmələr həyata keçirilir. Bundan başqa, Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi, habelə Əfv Məsələləri Komissiyasının iclaslarında fəal iştirak etdiyi bildirilib. Qeyd olunub ki, fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

Rüya tabirlerini burdan oku

Ombudsman, həmçinin ötən dövr ərzində Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə həyata keçirilən “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə S.Əliyeva Ombudsman Aparatının əməkdaşlarının peşəkar biliklərinin daha da artırılması, habelə fərdi məlumatların mühafizəsi ilə bağlı əməkdaşlıqda maraqlı olduğunu və bu sahədə Avropa İttifaqı tərəfindən texniki dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Qonaq səmimi qəbula görə S.Əliyevaya təşəkkürünü bildirib və qarışlılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib. Avropa İttifaqı tərəfindən dəstəklənən Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması ilə əlaqədar layihə çərçivəsində Ombudsman təsisatının iştirakına toxunan P.Mixalko insan hüquqlarına dair bu və digər layihələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Yekunda qonağa Ombudsman təsisatının 20 illiyi münasibətilə hazırlanmış poçt markası və məlumat xarakterli buklet və lifletlər təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ombudsman #Avropa #İttifaqının #Azərbaycandakı #nümayəndəliyinin #rəhbəri #ilə #görüşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu