fbpx

Ombudsman Ermənistanın terroru barədə Moldova rəsmisini məlumatlandırıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka ilə görüşüb.

Ombudsman Aparatından Metbuat.az-a bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində mövcud əməkdaşlıq əlaqələri və Konstitusiya Məhkəməsinə göndərilən sorğular barədə ətraflı məlumat verib.

S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Ombudsman dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırdığını qeyd edib.

Müvəkkil Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

S.Əliyeva istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə dünya ictimaiyyətinə müraciətlərin edildiyini, faktlara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına təqdim olunduğu qeyd edib.

Rüya tabirlerini burdan oku

Görüşdə Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ombudsman #Ermənistanın #terroru #barədə #Moldova #rəsmisini #məlumatlandırıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu