fbpx

Ombudsman Mərakeşə gedib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Xocalı soyqırım anımının 31-ci ildönümü ilə əlaqədar mərasim təşkil edilib.

Bu barədə Metbuat.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Rabatda keçirilən mərasimdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Türkiyə Respublikasının Ombudsmanları, Mərakeş universitetlərinin nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Mohammed Faquiri və assosiasiyanın üzvləri, eləcə də müxtəlif ölkələrin akkreditə olunmuş səfirləri və səfirliklərin əməkdaşları və yerli KİV nümayəndələri iştirak ediblər.

Rüya tabirlerini burdan oku

Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Mərasimdə çıxış edən səfir Nazim Səmədov Xocalı soyqırımı, onun səbəbləri və nəticələri haqqında məlumat verib, Azərbaycan xalqı və ədalətin aliliyi naminə ilk həmrəylik nümayiş etdirən bütün ölkələrə, dövlətlərə, beynəlxalq təşkilatlara öz təşəkkürünü bildirib. Səfir vurğulayıb ki, bu istiqamətdə həyata keçirilmiş fəaliyyət nəticəsində bir çox dövlətlərin qanunverici orqanları, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bu faciəni pisləyən qərar və qətnamələr qəbul edilmişdir. Səfir Azərbaycana dost olan ölkələr, o cümlədən, Mərakeş Krallığının bu mövzuda tezliklə ədalətli mövqe bəyan edəcəklərinə inandığını vurğulayıb.

Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımını ötən əsrdə bəşəriyyət əleyhinə baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, yüzlərlə günahsız insanın vəhşicəsinə qətl edildiyini diqqətə çatdırıb, məcburi köçkünlərin qayıdışına maneə törədən və işğal dövründə Ermənistan tərəfindən həmin ərazilərdə basdırılmış mina probleminə və Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsinə toxunub, Xocalı soyqırımının ildönümü ilə əlaqədar müvafiq Bəyanat hazırlayaraq beynəlxalq və regional insan hüquqları təşkilatlarına göndərildiyini vurğulayıb.

Bununla yanaşı, Xocalı soyqırımı ilə bağlı Mərakeş mətbuatında geniş məlumatlar dərc edilib. Məlumatlarda tarixə 20-ci əsrin ən böyük faciələrindən biri kimi damğasını vuran Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı mütəmadi olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən biri olduğu oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsi təcrid olunmuş akt deyil, Ermənistanın əraziləri zəbt etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı siyasətin və zorakılıq praktikasının bir hissəsidir.

Mərasim çərçivəsində, Xocalı soyqırımı haqqında film nümayiş etdirilib, faciəni əks etdirən fotosərgi təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ombudsman #Mərakeşə #gedib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu