Ombudsman və icra başçısı qazinin toyunda rəqs etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Lənkəranda Vətən müharibəsi qazisi Vələhd Vəliyevin noyabrın 11 də toy şənliyi keçirilib.
Metbuat.az xəbər verir ki, toya gələn qonaqlar arasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov da olub.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Zəngilan istiqamətindəki döyüşlər zamanı şəhid olduğu deyilən leytenant Vəliəhəd Vəliyevin dəfn mərasimi keçirilmişdi. Lakin sonra məlum olmuşdu ki, Vəliyev erməni əsirliyindədir. Vələhd 52 gündən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirliyindən və girovluğundan azad olunmuşdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.