fbpx

Ombudsmandan Okamponun “ekspert rəyi”nə münasibət

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun siyasi tapşırıqlar əsasında hazırladığı “ekspert rəyi”ndə yer almış fikirlər tamamilə əsassızdır və qərəzli xarakter daşıyır.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Səbinə Əliyeva bildirib.

O qeyd edib ki, müəmmalı və qaranlıq bir keçmişi ilə artıq özünə müvafiq bir imic yaratmış Okamponun Azərbaycan əleyhinə yazmış olduğu rəydə bilərəkdən istər hüquqi, istərsə də tarixi səhvlərə yol verilib.

Rüya tabirlerini burdan oku

“Azərbaycanın BMT tərəfindən tanınan əraziləri daxilində öz vətəndaşlarının, o cümlədən erməni millətindən olan vətəndaşlarının təhlükəsizliyini, hüquq və azadlıqlarını təmin etmək məqsədilə həyata keçirdiyi və legitimliyi beynəlxalq və regional təşkilatlar tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarı ilə tanınmış fəaliyyətin tamamilə təhrif olunmuş formada, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təqdim olunması cənab Okamponun hansı dairələrdən tapşırıq aldığını bir daha bəyan etmiş oldu.

Hüququn aliliyi prinsipini yaddan çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroruna cəfəng və əsassız iddialarla guya Azərbaycanın Qarabağ iqtisadi zonasında genosid törədilmə ehtimalını irəli sürməkdənsə, yaxın keçmişimizdə məhz həmin bölgədə ermənilər tərəfindən törədilmiş Xocalı, Meşəli, Başlıbel və digər soyqrım cinayətlərini araşdırmağı, həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərin qəbulunda olarkən müzakirə etdiyi məsələləri açıqlamağı məsləhət görərdik.

Təəssüflə qeyd etmək istərdik ki, son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Okamponun timsalında bəzi “beynəlxalq ekspertlərin” hazırladıqları bəyanat və hesabatlarda Azərbaycana münasibətdə ikili standartlara yol verilməklə, həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasında əsas məqsəd etnik nifrət zəminində qarşıdurmanın yaranmasına səbəb olmaqla, regionda davamlı sülhün təmininə, Qarabağın erməni əsilli əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına maneə törətməkdir.

Bu səbəbdən beynəlxalq təşkilatların təmsilçilərinə, habelə müstəqil ekspertlərə müraciət edərək, hər hansı münaqişə ilə bağlı araşdırma apararkən məsələnin mahiyyətini dərindən öyrənməyə, mövcud faktları təhrif etməməyə, xalqlar arasında münasibətlərin süni şəkildə gərginləşməsinə rəvac verən addımlardan çəkinməyə, ədalətli sülhün və davamlı təhlükəsizliyin təmini naminə göstərilən səyləri dəstəkləməyə dəvət edirik”, – Ombudsman qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ombudsmandan #Okamponun #ekspert #rəyinə #münasibət

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu