Ombudsmandan Qriqoryanın qanunsuz səfərinə ETİRAZ
BEY.AZ informasiya agentliyi xəbər verir
Ermənistanın kütləvi informasiya vasitələrində bu ölkənin yeni seçilmiş Ombudsmanı Kristina Qriqoryanın bu günlərdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
Metbuat.az xəbər verir ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Qriqoryanın qanunsuz səfərinə münasibət bildirib.
S.Əliyeva qeyd edib ki, Ermənistan Ombudsmanının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə qanunsuz səfəri bir daha Ermənistan rəsmilərinin davamlı olaraq beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, regionda sülhə təhdid olan, yeni münaqişə ocaqları yaradan, milli ədavəti qızışdıran hərəkətlərə yol verdiyini göstərir.
“Bu qanunsuz səfər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla yanaşı, qəsdən regionda vəziyyəti gərginləşdirir və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salır.
Ermənistan Ombudsmanına məsləhət görürük ki, regionda sülhə təhdid olan bu kimi qanunsuz hərəkətlərə yol verərək öz mandatına uyğun olmayan siyasi sifarişləri yerinə yetirməkdənsə, Ermənistanda yaşayan insanların kobud şəkildə pozulan hüquqlarının müdafiəsi ilə məşğul olsun”, – Səbinə Əliyeva qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.