fbpx

Önəmli vəzifələrimizdən biri milli və mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırmaqdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ölkəmizdə təməli Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gənci vətənpərvərdir, biliklidir, fəaldır, mübarizdir, dövlətçilik prinsiplərini özünün ən vacib vəzifəsi kimi görür, milli-mənəvi dəyərlərimizi təbliğ edir və qoruyur”.

Bu fikirləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Emiliya Bayramova Metbuat.az-a müsahibəsində bildirib. Onunla olan geniş müsahibəni təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Respublikamızda könüllülük hərəkatının genişləndirilməsi istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz?

Rüya tabirlerini burdan oku


Bildiyiniz kimi gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də könüllülük fəaliyyətidir. Könüllülük özündə ən yüksək dəyərləri daşıyan bir fəaliyyətdir. Könüllülük vətənə sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın göstəricisidir. Bu gün dövlətimiz və ölkə başçımız tərəfindən könüllülük sahəsinə xüsusi diqqət göstərilir. Bu il keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Cənab Prezident qeyd etmişdir: “Könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bildiyiniz kimi bu hərəkat bizdə “ASAN Xidmət” Mərkəzlərində başlamışdır. ASAN könüllüləri ilk könüllülərimiz olmuşdur.” ASAN könüllüləri dövlət qurumlarında fəaliyyətə başlamış ilk könüllülük hərəkatıdır. Sevindirici haldır ki, bu gün bir çox dövlət qurumlarında könüllülük fəaliyyəti mövcuddur. Bu fəaliyyətin nəticəsində gənclər xeyirxah ənənələri öyrənir və təbliğ edir, müxtəlif sahələr üzrə inkişaf edir, təcrübə əldə edir. Artıq 5 ildir ki, gənclər və könüllülük sahəsində fəaliyyət göstərən, beynəlxalq platforma və tədbirlərdə ölkəmizi təmsil edən bir gənc olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclərin bütün sahələrdəki fəaliyyəti ən yüksək şəkildə dəstəklənir. Biz də gənclər olaraq dövlətimizin ali diqqət və qayğısını daim öz üzərimizdə hiss edərək göstərilən etimadı layiqincə doğrultmağa çalışırıq.

Könüllük fəaliyyəti gənclərin gələcəkdə karyera qurmasına necə təsir edir?

Hazırda könüllülük fəaliyyəti ölkəmizdə geniş yayılıb. Qürurverici haldır ki, könüllü şəkildə müəyyən prinsip və dəyərlər ətrafında birləşən gənclər gördükləri işlərlə insanların maariflənməsinə, dünyagörüşünün artmasına, cəmiyyətimizin inkişafına səbəb olurlar. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, könüllülük gənclərin kollektivlə işləmə bacarıqlarını, yaradıcı potensialını və dünyagörüşünü inkişaf etdirir, cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradır ki, bu da gənclər üçün böyük təcrübədir. Nəzərə alsaq ki, uğurlu karyera üçün təcrübə əhəmiyyətli rol oynayır, könüllülük fəaliyyəti də gənclərə bu təcrübəni əldə etmək üçün imkan yaradır.

– “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayan gəncləri hansı perspektivlər gözləyir?

Əvvəlcə bildirmək istəyirəm ki, “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayan könüllülərin ilk növbədə əldə etdikləri əsas perspektivlərdən biri onların gənc yaşda, dövlət qurumunda qazandıqları xüsusi bilik və bacarıqlardır. Belə ki, onlar dövlət qurumlarının fəaliyyəti və strukturu ilə yaxından tanış olurlar, vətəndaşlara müxtəlif xidmətlər göstərir, onlarla davranış qaydalarını və sənədləşdirmə prosesini öyrənirlər, sorğularda iştirak edir, korporativ mədəniyyəti mənimsəyir, öz ideya və təşəbbüslərini həyata keçirirlər. Qeyd edim ki, könüllülərin fəaliyyəti sadəcə mərkəz daxili fəaliyyətlə yekunlaşmır. Onların fərdi inkişafı üçün elə könüllülərin öz təşəbbüsü ilə 2013-cü ildə yaradılmış “ASAN Könüllüləri” Təşkilatı tərəfindən xüsusi layihələr və proqramlar təşkil olunur. Könüllülərin intellektual səviyyələrinin artırılması, müxtəlif sahələr haqqında bilik və bacarıqlarının inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə onlar bu layihələrə cəlb olunur.

– Bölgələrdə yaşayan gənclərin “ASAN Könüllüləri” Təşkilatına maraqları hansı səviyyədədir, onların maarifləndirilməsi üçün görülən işlər barədə nə deyə bilərsiniz?

Bu gün ölkəmizdə 6 Bakı “ASAN Xidmət” Mərkəzləri ilə yanaşı, 16 regional mərkəz fəaliyyət göstərir. Statistikalarımıza əsasən həmin regionlarda yaşayan bir çox gənc mütləq şəkildə ASAN könüllüsü kimi fəaliyyət göstərib. Eyni zamanda hər bir “ASAN xidmət” Mərkəzi üzrə “ASAN Könüllüləri” Təşkilatının nümayəndəlikləri mövcuddur. Həmin nümayəndəliklər təşkilatın fəaliyyətini regional mərkəzlərdə həyata keçirərək onların hərtərəfli inkişafına dəstək olurlar. Əsas fəaliyyət istiqamətlərimizdən biri olaraq region gənclərinin maarifləndirilməsi üçün mütəmadi olaraq müxtəlif istiqamətlərdə təlimlər, görüşlər, tədbirlər və layihələr həyata keçiririk.

– “ASAN könüllüləri” nin işində hansı çətinliklər olur?

Könüllülük ölkəmizdə yeni yayıldığı ərəfədə könüllülüklə bağlı bir çox məhdudiyyətlər, çətinliklər yaranırdı. Hal-hazırda könüllülük ölkəmizdə elə bir səviyyədədir ki, yaşından, təhsilindən, təcrübəsindən asılı olmayaraq hərkəsin könüllülük hərəkatı haqqında məlumatı var. Dövlət başçımızın gənclərə göstərdiyi xüsusi qayğı nəticəsində könüllülərimiz indiki vaxtda böyük işlərə imza ata bilirlər. Hər bir sahədə olduğu kimi könüllülük sahəsində də çətinliklərin olması təbii ki, mümkündür. Ancaq könüldən gələn bu sevgi nəticəsində çətinliklər asanlıqla həll edilir. Çünki biz gördüyümüz işi tamamilə qəlbdən və sevgilə görürük.

– Könüllük fəaliyyəti ilə məşğul olan gənclərdən biri kimi hansı nailiyyətləri əldə etmisiniz?

İlk könüllülük fəaliyyətinə 2016-cı ildə məhz “ASAN xidmət” mərkəzində başlamam mənim gələcək karyera yolunda ilk uğurlu addımım oldu. Daha sonra “ASAN Könüllüləri” Təşkilatında fəaliyyətə başladım. Artıq 5 ildən çoxdur ki, gənclər və könüllülər sahəsində fəaliyyət göstərirəm. Bu dövr ərzində beynəlxalq platforma və tədbirlərdə ölkəmizi təmsil etmişəm, bir sıra layihələrin təşkilatçısı və iştirakçısı olmuşam. 2 dəfə Cənab Prezident İlham Əliyevə ASAN könüllülərinin fəaliyyəti haqqında məruzə etmişəm. Bir müddət Azərbaycan Televiziyasında (Az Tv) fəaliyyət göstərmişəm və 2020-ci ilin sentyabr ayından etibarən “ASAN Könüllüləri” Təşkilatının sədri, oktyabr ayından etibarən isə Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi olaraq fəaliyyət göstərirəm. Bildiyiniz kimi bu il də elm və təhsil, mədəniyyət, ictimai və sosialyönümlü fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, innovasiya və sahibkarlıq fəaliyyəti sahələri üzrə fərqlənən 10 gənc prezident mükafatına layiq görülmüşdür. Fəxrlə qeyd etmək istəyirəm ki, bu gənclər arasında mən də varam. İctimai və sosialyönümlü fəaliyyət üzrə mükafata layiq görülən bir gənc olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclərin bütün sahələrdəki fəaliyyəti ən yüksək şəkildə dəstəklənir. Biz də gənclər olaraq dövlətimizin ali diqqət və qayğısını daim öz üzərimizdə hiss edərək göstərilən etimadı layiqincə doğrultmağa çalışırıq.

– 2022-ci ildə “ASAN Könüllüləri” Təşkilatı hansı layihələr həyata keçirirməyi planlaşdırır?

“ASAN Könüllüləri” Təşkilatı daim gənclərin maraq dairəsinə uyğun və onların hərtərəfli inkişafına dəstəkləyən layihələri icra edir. Hər il olduğu kimi, bu il də vətənpərvərlik, təhsil, ekologiya, sosial və mədəniyyət istiqamətləri üzrə müxtəlif layihələr həyata keçiriləcək. Bir çox layihələrimiz artıq silsilə xarakter daşıyır. Bunlara missal olaraq “Hərbiyyə” – hərbi vətənpərvərlik düşərgəsi, “Könüllülər Parlamenti – Azərbaycan”, “AVO MUN”, “ASAN Akademiya”, “Xəzəri qoruyaq” ekoloji aksiyası adlı layihələrimizi qeyd etmək olar. Ümumiyətlə həyata keçirilən bütün layihələr könüllülərin öz təşəbbüs və ideyaları ilə həyata keçirilir. Qeyd edim ki, ənənəvi xarakter daşıyan layihələrimizdən əlavə olaraq bu il yeni istiqamətlər üzrə də xüsusilə innovasiyalar və yüksək texnologiyalar sahələri üzrə layihələrin həyata keçirilməsi planlaşdırılır.

– İşğaldan azad edilən torpaqlarımızda könüllü təşkilatlarında təmsil olunan gənclər hansı işlərə cəlb ediliblər? Qarabağda könüllük fəaliyyəti necə bir hissdir?

ASAN könüllüləri olaraq vətənimizin hər bir bölgəsində, hər bir regionunda könüllülük fəaliyyətimizi daha da genişləndirməyə çalışırıq. Bu il artıq böyük qürur hissi ilə işğaldan azad olunmuş torpaqlarımızda da könüllülük fəaliyyətini icra edə bilirik. Könüllülərimiz Azərbaycan Republikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Yolumuz Qarabağa” layihəsi çərçivəsində işğaldan azad edilən rayonlarımıza mütəmadi olaraq təşkil olunan sərnişin marşrutlarında vətəndaş axınını və vətəndaşların rahatlığını tənzimləyirlər. Hesab edirəm ki, Qarabağ həsrəti ilə böyümüş gənclər üçün o ərazilərə getmək, könüllü kimi fəaliyyət göstərmək əvəzolunmaz hissdir. Gələcəkdə də Qarabğımızın yenidənqurma və bərpa prorsesinə öz töhfələrimizi vermək arzusundayıq.

Hazırda sizin müsahibənizi oxuyan gənclərə hansı məsləhətləriniz var? Onlar cəmiyyətdə layiqli bir ünvana sahib olmaq, düzgün seçim edə bilmələri üçün hədəflərini necə müəyyən etməlidirlər?

Öz təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, cəmiyyətdə özünüzə layiq bir ünvan tapmaq, gələcəyinizi, karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə hər zaman mübarizə aparmalısınız, vətənpərvər, bilikli və çox çalışqan olmalısınız. Milli və mənəvi dəyərlərə bağlı olmalısınız. Bu gün bölgəmizdə yeni reallıqlar var. Bizim Azərbaycan gəncləri olaraq ən önəmli vəzifələrimizdən biri də bu reallıqları düzgün şəkildə beynəlxalq arenalarda təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Müstəqilliyimizin qorumaq, möhkəmləndirmək və ölkəmizi daima inkişaf etdirməkdir. Düşünürəm ki, hər bir gənc öz hədəflərini məhz bu dəyərlər və prinsiplər ətrafında müəyyənləşdirsə uğur daima onlarla olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu