fbpx

“Onlar bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siyasəti var”

Rüya Yorumları burda


Sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. Parlamentin və deputatların qarşıdakı dövr üçün “yol xəritəsi” olan bu çıxışda ölkə başçısı bir çox vacib məqamlara toxunub.

Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, bəzi Qərb ölkələri və dairələri Azərbaycana qarşı çirkin oyunlarını hələ də davam etdirirlər.

“Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”.

Azərbaycanda ən mühüm istiqamətin milli təhlükəsizliyin təmin edilməsi olduğunu deyən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev BEY.AZ-a bildirib ki, cənab Prezident dəfələrlə çıxışlarında hərbi, iqtisadi və digər istiqamətlərdə mütləq şəkildə davamlı addımlar atılacağını vurğulayıb:


Rüya tabirlerini burdan oku

“Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Qərbin əsas marağı isə Ermənistan hakimiyyətindən vasitə kimi istifadə edərək, təkcə Azərbaycanla deyil, bütün qonşu dövlətlərə qarşı istifadə etməkdir. Vaxtilə sülhün bərqərar olunması istiqamətində addımlar atmalı olan Minsk qrupunun ləğvi də zəruridir. Hər kəsə məlumdur ki, onlar yalnız deklarativ bəyanatlarla yadda qalıblar. Ermənistana dəstək verən qüvvələr, əslində, bizim qələbəmizi həzm edə bilmədikləri üçün Ermənistandan istifadə edərək qarşı məkrli planlarını həyata keçirməyə çalışırlar.

Düşünürəm ki, hərbi sənaye kompleksinin inkişafı mühümdür. Burada, təbii ki, döyüş qabiliyyətinin artırılması üçün ən müasir silahlar istehsal olunmalı və onlardan istifadə edə biləcək kadr potensialı da yetişdirilməlidir”.

Sərhədlərimizin qorunması ilə bağlı məsələlərin mühüm olduğunu vurğulayan komitə sədri Ermənistanla sərhəddə delimitasiya və demarkasiya istiqamətində görülən işləri də xatırladıb:

“Bu gün vizual kəşfiyyatçılar gəlib Azərbaycan-Ermənistan şərti sərhədində dayanıblar. Yalan informasiyaları Qərbə ötürürlər. Fransa bu işdə daha ciddi fəallıq göstərir. Bu yardımlar yalnız onların silahlandırılması vaxtilə itirdiklərini bərpa etmək üçündür. Onlar Azərbaycanın müstəqil xarici və daxili siyasətini, qələbəsini qəbul edə bilmirlər. Ermənistan və onun arxasında dayanan ölkə, istənilən qüvvə, bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siyasəti var. Hər bir təxribatın qarşısını almaq üçün bizim güclü ordumuz, təhlükəsizlik orqanlarımız və hərbi birləşmələrimiz var”.

Mövzuya münasibət bildirən siyasi şərhçi Elşad Paşasoyun sözlərinə görə, dünyanın ən nüfuzlu tədbirlərindən biri – COP-29 öncəsi həyata keçirilən total hücumlar ilk növbədə Azərbaycanın bu tədbirdə iştirakını əngəlləməyə yönəlib:


“Məkrli qüvvələr tərəfindən planlı şəkildə edilən təzyiqlər mərkəzləşmiş və koordinasiyalı şəkildə həyata keçirilir. Məqsəd Azərbaycanın beynəlxalq arenadakı mövqeyini sarsıtmaqdır. Azərbaycana qarşı hər fürsətdə zərbə vurmaq istəyən qüvvələr daxilində erməniçilik və erməni lobbisinin fəaliyyəti önəmli rol oynayır. Ermənistanı daima maşa kimi istifadə etmək istəyən qüvvələr hər fürsətdən yararlanırlar. 44 günlük Vətən müharibəsi və ondan sonra separatçı qüvvələrin biabırçı şəkildə məğlub olması həm Ermənistanı, həm də Qarabağdakı separatizmi himayə edən xarici mərkəzlərin məğlubiyyəti deməkdir. Dövlət başçımız da bəyan etdi ki, Azərbaycan artıq kimin dost, kimin düşmən olduğunu dəqiqləşdirib. Azərbaycanın dost və düşmənlərini müəyyənləşdirməsi, onların müharibə və zəfər dövründə nümayiş etdirdikləri real mövqelərə əsaslanır.

Ermənistanın ordusunu gücləndirmək üçün hazırlanan layihələr və Avropa Sülh Fondu tərəfindən ayrılan böyük vəsaitlərin Ermənistanın silahlanmasına yönəldilməsi Azərbaycanın narahatlığını artırır. Bu, xüsusilə Ermənistanın revanşist ideyalarına dəstək kimi görünür və bölgədə sülhün sabitliyini təhdid edir. Qərb və ya digər xarici qüvvələr bu yardımı sülh quruculuğu adı altında təqdim etsələr də, nəticədə bu yardımlar Ermənistanın hərbi gücünü artırmağa xidmət edir. Bu vəziyyət Azərbaycanın uğurlarına sevinməyən, həm Azərbaycanı, həm də Türk və İslam dünyasını təhlükə altında saxlamağa çalışan qüvvələrin aktiv rol oynadığını göstərir. Həmin mərkəzlər Ermənistanı bölgədə gücləndirərək Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zərər verməyi hədəfləyirlər.

Tarix boyu bəzi güclər Azərbaycanın ərazilərinin bölünməsinə səbəb olan siyasətlər yürüdüblər. XX əsrin əvvəlində Azərbaycanın Qərbi Zəngəzur bölgəsinin işğalı bu siyasətin bir hissəsi idi. Bu mərkəzlər Ermənistanın işğalçılıq siyasətini dəstəkləyərək, əsrin sonunda Qarabağ və Şərqi Zəngəzurun işğal altında qalmasına nail olmaq istəyirdilər. Onların məqsədi Azərbaycanın əsas strateji bölgələrini zəiflətmək, onun iqtisadi və siyasi təsirini azaltmaq idi. Bu cəhdlər Azərbaycanın “dayaqlarını” – yəni onun güc mənbələrini və strateji üstünlüklərini zəiflətmək üçün həyata keçirilirdi.

Beləliklə, xarici qüvvələr Ermənistanın ordusunu gücləndirməklə və tarixi zərbələr vasitəsilə Azərbaycanın mövqeyini sarsıtmaq istəyirlər”.

Elşad Paşasoy onu da qeyd edib ki, Azərbaycanın milli maraqlarının qorunması hər bir vətəndaş üçün vacib vəzifədir. Bu, təkcə hərbi güc deyil, həm də digər sahələrdə – media, diplomatiya və beynəlxalq təşkilatlarda aparılan mübarizələri əhatə edir:

“Qlobal miqyasda Azərbaycana qarşı fəaliyyət göstərən mərkəzlər və qüvvələr mövcuddur və buna qarşı mübarizə yalnız ordumuzun gücləndirilməsi ilə deyil, eyni zamanda beynəlxalq platformalarda milli maraqlarımızı aktiv şəkildə müdafiə etməklə həyata keçirilməlidir. Dövlət başçısının parlamentdəki çıxışı isə bu strategiyanın əsasını təşkil edən bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Burada Azərbaycanın yaxın illərdə qarşılaşacağı təhdidlər və bu təhdidlərə qarşı görüləcək tədbirlər haqqında geniş və aydın şəkildə danışılıb. Xüsusilə, qazanılmış zəfərin qorunması və Azərbaycanın rifahının davamlı olması üçün hər kəsin ayıq-sayıq və məsuliyyətli davranması vacibdir.

Hər bir Azərbaycan vətəndaşı, səlahiyyətindən asılı olmayaraq, bu çıxışın məzmununa diqqət yetirməli və oradakı əsas istiqamətləri izləməlidir. Vətən müharibəsi hərbi döyüş meydanında başa çatsa da, bizi beynəlxalq arenalarda – diplomatiya sahəsində, media vasitəsilə və müxtəlif beynəlxalq təşkilatlarla mübarizə gözləyir. Bu mübarizədə hər bir vətəndaşın rolu və məsuliyyəti böyükdür, çünki qəhrəmanlarımızın qanı bahasına qazanılmış zəfəri qorumaq üçün hər kəs öz sahəsində əlindən gələni etməlidir”.

Gülbəniz Hüseynli / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi iləİctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc edilib.









ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu